Ağ Evin nümayəndələri konqresə növbəti həftə, 9 dekabr tarixində ölkə prezidenti Donald Trampın impiçmenti üzrə Nümayəndələr Palatasının hüquq komitəsində keçiriləcək dinləmələrdə iştirak etməyəcəkləri barədə məlumat veriblər.

Bundan əvvəl Nadler Ağ Evin nümayəndələrinə 4 dekabr tarixində prezident Donald Trampın impiçmenti üzrə Nümayəndələr Palatasının hüquq komitəsində keçirilən dinləmələrində iştirak etməklə bağlı dəvət göndərib. Növbəti dinləmələr 9 dekabrda keçiriləcək. Bununla da Nadlerin ikinici dəvəti də imtina ilə cavabladırılıb.

Amerika administrasiyasının vəkili demokratların növbəti dəvətini “tamamilə əsassız” adlandırıb:

“Biz orada iştirak etmək üçün heç bir səbəb görmürük, çünki proses ədalətsizdir … Bizə prosesdə bərabər iştirak etmək imkanı verilməyib. Spiker əvvəlcədən təyin edilən nəticəni elan etdi və onlar (Demokratlar – red) bizə hər hansı bir şahid çağırmaq fürsəti verməyəcək” məktubda deyilir.

İstinadlar Report