Ağ ev Kremlin Qərbin Ukraynaya yardımdan yorğunluğunun artacağı və Kiyevin Qərb tərəfdaşları arasında ziddiyyətlərin artacağı ilə bağlı iddialarını rədd edib.

Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.

Jan-Pyer rusiyalı həmkarına Ukraynanın arxasında güclü ittifaqın olduğunu xatırladıb:

“Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya var. Əgər Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”.

O həmçinin bildirib ki, Vaşinqton tezliklə Ukraynaya yeni yardım paketi elan edəcək.

İstinadlar Report