ABŞ hökuməti Çinlə yeni ticarət danışıqları aparmağa hazırdır.

Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin məlumat verib.

O, yeni danışıqların əvvəlki təmaslara əsaslanmasının vacibliyini bildirib.

Amerikalı fermerləri Çin idxalından bundan sonra da qoruyacaqlarını qeyd edən Ağ Ev rəsmisinin sözlərinə görə, prezident Donald Tramp Çin mallarına qoyduqları rüsumları ləğv etmək üçün tələsmək fikrində deyil.

İstinadlar Report