
Cümə axşamı Koloradoda Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimində səhnədə yıxılan ABŞ Prezidenti Cozef Baydenin səhhəti yaxşıdır.
Bu barədə Ağ Evin ictimaiyyətlə əlaqələr üzrə direktoru Ben Labolt tviter hesabında məlumat verib.
“O (Bayden – red) yaxşıdır”, – Labolt yazıb.
O, bununla izah edib ki, dövlət başçısı səhnədə qum torbasına ilişərək büdrəyib.
Prezidentin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə deyib ki, Bayden “tam yaxşı”dır. Onun sözlərinə görə, Vaşinqton administrasiyasının rəhbəri Prezident təyyarəsinə “təbəssümlə” minib.