ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə prezident seçkilərində iştirak edəcək.

Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.

C.Bayden prezident seçkilərində iştirak etmək niyyətini amerikalı fəal, afroamerikalı vətəndaş hüquqları müdafiəçisi, keşiş El Şarptona açıqlayıb. Prezidentin bu bəyanatı təkbətək söhbətində səsləndirilib.

“Prezident özü 2024-cü ildə namizədliyini irəli sürmək niyyətində olduğunu qeyd edib”, – Jan-Pyer bildirib.