
ABŞ Prezidenti Cozef Bayden fevralın 7-də Ağ Evdə Almaniya kansleri Olaf Şoltsu qəbul edəcək.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
“Liderlər Rusiyanın Ukraynaya qarşı gələcək təcavüzünün qarşısını almaq üçün birgə səyləri müzakirə edəcəklər”, – Ağ Evin mətbuata açıqlamasında deyilir.
Psaki Almaniya kanslerinin Vaşinqtona səfərinin iki ölkə arasında əlaqələrin möhkəmliyini təsdiqləyəcəyini bildirib.