Birləşmiş Ştatlar Çinə təsir göstərmək üçün ciddi rıçaqlara malikdir.

Bu barədə Ağ evin aparatının rəhbər müavini Stiven Miller “Fox News” telekanalına müsahibəsində bildirib.

“ABŞ həmçinin Çinə təsir göstərmək üçün əhəmiyyətli və əsaslı rıçaqlara malikdir. İlk növbədə, biz ölkəni, onun bütün inkişafını və sənayeləşməsini tam maliyyələşdiririk”, – o xatırladıb. – “Bizim başqa təsir rıçaqlarımız da var, bu barədə dərinə getmək istəmirəm, lakin Çinin təhlükəsizliyi üçün son dərəcə vacib olan və ABŞ-yə ehtiyac duyduqları bir çox şey var. Beləliklə, Çin üçün deeskalasiya yolunu seçmək çox ağıllı olardı”.

İstinadlar Report