ABŞ administrasiyası respublikaçıların Ukraynaya yardımın davam etdirilməsi üçün şərt kimi irəli sürdüyü cənub sərhədi üzərində nəzarətin gücləndirilməsi tələblərini rədd edib.

Bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz bilirik ki, Konqresdə Ukraynaya ikipartiyalı dəstək var, lakin ABŞ-ın cənub sərhədində bir sıra olduqca sərt sərhəd tədbirləri tələb etməklə Ukraynaya dəstəyi “girov saxlamaq” istəyən bir sıra respublikaçılar bizi aldatdı”, – o deyib.

İstinadlar Report