
ABŞ Avropa İttifaqı (Aİ) ilə ticarət danışıqlarında böyük irəliləyiş əldə edib.
Bu barədə “Fox Business” telekanalına müsahibəsində Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
“Aİ ilə çoxlu müzakirələr aparılıb. Mən və ticarət komandasının qalan üzvləri bir neçə görüş keçirmişik, böyük irəliləyiş əldə etmişik”, – o, Vaşinqton və Brüssel arasında razılaşmanın yaxınlığı ilə bağlı sualın cavabında deyib.
Hasset əlavə edib ki, Aİ ilə ticarət razılaşması əldə olunarsa, bu, amerikalı işçilər, xüsusən də avtomobil sənayesində çalışanlar üçün son dərəcə faydalı olacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına idxal rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Aİ-dən idxal edilən məhsullara 20 % gömrük rüsumu tətbiq edilib.