Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymun çiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib.
Bu barədə Afrika Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin (ACDC) baş direktoru Jan Kasenya brifinqdə bildirib.
“Bir neçə Afrika ölkəsində davam edən mpox epidemiyasına görə, qitədə ictimai sağlamlıq sahəsində fövqəladə vəziyyət elan etmək qərarı verilib. Mpox dövlət sərhədlərini aşır, Afrikada minlərlə insan bu xəstəliyə yoluxub”, – o deyib.