Afrika ölkələrində COVID-19-a yoluxanların sayı son 24 saat ərzində daha 9886 nəfər artaraq 4.608.607 nəfərə, ölənlərin sayı da 317 nəfər artaraq 123.611 nəfərə çatıb.

Dünya Səhiyyə Təşkilatının regional bürosunun verdiyi məlumata görə, regionda 4,1 milyon nəfərdən artığı koronavirusdan sağalıb.

Koronavirusun fəsadları baxımından birinci yerdə müvafiq olaraq 1.590.370 nəfər yoluxan və 54.820 nəfər ölənlə Cənubi Afrika Respublikasıdır. Sonrakı yerlərdə 513.016 nəfər yoluxan və 9046 nəfər ölən olduğu Mərakeş, 234.015 nəfər yoluxan və 13.714 nəfər ölən olduğu Misir qərarlaşıb.

İstinadlar Report