Almaniya, Fransa və Böyük Britaniyanın Xarici İşlər Nazirliklərinin başçıları İranın Fordodakı obyektdə uranın zənginləşdirilməsi haqqında bəyanatı ilə bağlı fövqəladə narahatlıqlarını ifadə ediblər.

Bu barədə Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir.

“Fransanın, Almaniyanın, Böyük Britaniyanın xarici işlər nazirləri, həmçinin Avropa Birliyinin yüksəkvəzifəli nümayəndəsi olaraq 11 noyabrda MAQATE-nin hesabatı ilə təsdiq edilmiş, İranın Fordodakı obyektində uranın zənginləşdirilməsinin yenilənməsi haqqında yaxın günlərdəki xəbərlərlə bağlı fövqəladə narahatlığımızı ifadə edirik”, – deyə Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda bildirilir.

Xarici İşlər Nazirliklərinin başçıları qeyd ediblər ki, belə hərəkətlər Tehranın Birgə Hərtərəfli İş Planı çərçivəsində üzərinə götürdüyü öhdəliklərə ziddir.

Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda elan edilməyən obyektdə uranın hissəciklərini qeyd edib.

Noyabrın 9-da İranın xarici işlər nazirinin müavini Abbas Arakçı ABŞ-ın nüvə sazişi ətrafında böhranın həllini tapmayacağı təqdirdə Tehranın yaxın vaxtlarda Birgə Hərtərəfli İş Planından mümkün çıxışı haqqında bildirib.

Oxumağa dəyər:   Əbülfəs Qarayev almaniyalı naziri qəbul etdi

Noyabrın 7-də İranın Atom Enerjisi Təşkilatı Fordoda nüvə obyektində uranın zənginləşdirilməsinin başlandığını bildirib.

İstinadlar Report