Yunanıstanın paytaxtı Afinada qapalı voleybol stadionunun yanında “Olimpiakos” və “Panatinaikos” arasında keçirilmiş matçda azarkeşlərlə polis arasında gərginlik yaşanıb.
150-dən çox fanatın hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdiyi olayda bir polis işçisi ona dəyən dəniz siqnal raketi nəticəsində yaralanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Nəşr bildirib ki, azarkeşlər polisə hücum çəkərək üzərinə yandırıcı qatışıqlı butulkalar, habelə daşlar və digər əşyalar atıb, onların istiqamətində dəniz siqnal raketləri buraxıblar. Polis əməkdaşları isə gözyaşardıcı qazla cavab veriblər. Nəticədə qaz buludu stadiona da girib. Bu səbəbdən hakim matçı dayandırıb.
Məlumata görə, hadisədə yaralanmış polis əməkdaşı xeyli qan itirib, o, əməliyyat olunub.