Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən ikinci əl yardımların qəbul olunmadığı elan edilib.

Bunun Türkiyədə baş vermis zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış “Qardaş köməyi” dəstək platformasının rəhbəri Rəşad Cabirli bu platformanın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Türkiyəyə edilən yardım ehtiyac siyahısına uyğundur.

Platforma rəbhəri ikinci əl məhsulların Suriyaya göndərilməsi ilə bağlı fikirə də münasibət bildirib: “Bu barədə dəqiq məlumat deyə bilmərəm. Biz toplama məntəqələrindən ikinci əl məhsulları qəbul edərək aidiyyəti üzrə göndərəcəyik. Bu məsələlər dövlət qurumları ilə koordinasiya olunur”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.