Türkiyədə əsrin fəlakəti adlandırılan dağıdıcı zəlzələdə 90-dan çox ölkə dəstək verib, ilk yardım Azərbaycandan gəlib və tikinti-bərpa, eləcə də digər məsələlərdə də Azərbaycanın dəstəyi davam edir.

Bunu Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Risk Azaltma şöbəsinin rəhbəri Orhan Tatar Kahramanmaraşdakı AFAD mərkəzində keçirilən mətbuat konfransında bildirib.

O, bu dəstəyə görə Azərbaycana təşəkkür edib.

AFAD rəsmisi vurğulayıb ki, bütövlükdə İngiltərənin ərazisi qədər sahə bu təbii fəlakətin zərərinə məruz qaldı.

“53 min 737 nəfər həyatını itirdi. 39 min tikili tamamilə məhv oldu. İndiyə qədər dünyada bu miqyasda tektonik qırılma olmayıb”, – deyə o əlavə edib.

İstinadlar Report