
Mərdəkan şosesi, Milli Aviasiya Akademiyasının yaxınlığında “Toyota Prius” markalı avtomobil 171 saylı marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub.
Qəza səbəbindən Mərdəkan qəsəbəsi istiqamətində sıxlıq yaranıb.
Bildirilib ki, hadisə barədə yol polisinə məlumat verilib. Yaranan sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.