Tehranın nüvə silahı hazırladığı ilə bağlı agentliyin sübutu yoxdur.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Davos-2025-in kuluarında müsahibəsində bildirib.
O vurğulayıb ki, İran silah hazırlamağa çox yaxındır və bunun üçün böyük miqdarda zənginləşdirilmiş urana malikdir.
AEBA-nın baş direktorunun sözlərinə görə, islam respublikasının nüvə proqramına BMT yetərincə nəzarət həyata keçirə bilmir: “İran 60 faizədək zənginləşdirilmiş 200 kiloqrama yaxın uran toplayıb. Nüvə silahı üçün 90 faiz zənginləşdirilmiş uran lazımdır”.