Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bu həftə İrana səfər edəcək.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Rafael Qrossinin səfəri ilə bağlı razılıq əldə olunub:

“Təfərrüatlara və görüşlərə gəlincə, Vyanadakı missiyamızın baş direktorun ofisi ilə qarşılıqlı əlaqədə izlədiyi məqamlar var. Prinsipcə, səfər bu həftə baş tutacaq”.

İstinadlar Report