Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) vəziyyətdən xəbərdar olduğunu və üçüncü gündür Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalan Kursk vilayətindəki hadisələri izlədiyini açıqlayıb.
Bu agentlik “RİA Novosti”nin sorğusuna cavabında bildirib.
“AEBA vəziyyətdən xəbərdardır və hadisələrin inkişafını izləyir”, – AEBA Kursk AES daxil olmaqla təhlükəsizlik vəziyyəti ilə bağlı şərh vermək sorğusuna cavab olaraq bildirib.