“Azərbaycan Dəmir Yolları” QSC noyabrın 1-dən COP29 ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
“Bununla bağlı mövcud stansiya və dayanacaqlarda əməkdaşların sayı artırılıb. Bundan başqa, təhlükəsizlik tədbirləri də gücləndirilib. Sərnişinlərin hərəkətini tənzimləmək üşün naviqasiya sistemləri quraşdırılıb. Qatarların hərəkətini əks etdirən yeni monitorlar quraşdırılıb. Bakı Dəmiryolu Vağzalında genişləndirmə işləri aparılıb”, – o qeyd edib.
Gülnar Əliyeva