Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək artırılır.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi ilə bağlı yeni fərmanda əksini tapıb.