
İyulun 22-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə vətəndaş qəbulu keçirib.
A.Əliyev müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbul zamanı şəhid ailələri, qazilər olmaqla, ümumilikdə 58-dən çox vətəndaş müraciətini dinləyib.
Qəbulda sakinləri narahat edən mənzil, kommunal, sosial, humanitar və s. məsələlərlə bağlı qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub, habelə digər müraciətlər nəzarətə götürülməklə həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib.