Asiya İnkişaf Bankı (ADB) noyabrın 12-də Bakıda COP29 çərçivəsində özünün Asiya-Sakit Okean regionundakı flaqman innovativ iqlim maliyyələşdirmə mexanizmini (IF-CAP) təqdim edəcək.

“Bu yüksək səviyyəli tədbir inkişaf etməkdə olan üzv ölkələri lazımi vəsaitlə təmin etmək üçün genişmiqyaslı iqlim maliyyəsi ayırmaq üzrə Asiya İnkişaf Bankının strateji təşəbbüsü olan IF-CAP mexanizminin başladılacağı andır”, – məlumatda qeyd edilib.

Bildirilib ki, IF-CAP-ın işə salınması ilə bağlı mərasimində ADB prezidenti Masatsuqu Asakava, IF-CAP-ın maliyyə tərəfdaşlarının rəsmiləri, inkişaf etməkdə olan üzv ölkələrin nümayəndələri və digər maraqlı tərəflər qatılacaq.

İstinadlar Report