
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
“9 fevral saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından, saat 17:00-da isə Adana vilayəti avtovağzalından Azərbaycana yola düşəcək, – rəsmi məlumatda bildirilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ böyük insan tələfatı ilə nəticələnib. Hazırda minlərlə insan dağıntılar altında qalıb. Axtarılan şəxslər arasında azərbaycanlılar da var. İndiyədək bir Azərbaycan vətəndaşınını meyiti dağıntılar altından çıxarılıb.