Artıq işğaldan azad edilmiş ərazilərdə üç gömrük postu fəaliyyətə başlayıb.

Bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradov deyib.

O bildirib ki, hazırda Qubadlıda, Zəngilanda və Füzuli hava limanında gömrük fəaliyyəti həyata keçirilir:

“Dünən Füzuli hava limanına Tehrandan təyyarə eniş etdi. Yaxında Türkiyə və digər ölkələrdən də olacaq”.