Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə “Xızı-Abşeron” külək stansiyasının tikintisinin sürətləndirilməsi barədə razılığa gəlib.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir şirkətin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan ilə görüşüb.

“Bu layihə Azərbaycan və Səudiyyə Ərəbistanının enerji keçidinə ilk böyük töhfəsi olacaq”, – P. Şahbazov qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin yanvarın 13-də təməli qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ildə, təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində 220 million kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantılarının qarşısı alınacaq.

İstinadlar Report