“Qürur və qərəz” və “Aclıq oyunları” filmindəki rolları ilə tanınan kanadalı aktyor Donald Sazerlend 89 yaşında vəfat edib.

Bu barədə aktyorun oğlu Kifer “X”də məlumat verib.

“Ürək ağrısı ilə sizə xəbər vermək istəyirəm ki, atam Donald Sazerlend vəfat edib”, – o qeyd edib.

Aktyor uzunsürən xəstəlikdən sonra Mayamidə (Florida) dünyasını dəyişib.

Qeyd edək ki, Sazerlendin filmoqrafiyasına 100-dən çox film daxildir. Aktyor iki Qızıl Qlobus və fəxri Oskarın qalibi olub.

İstinadlar Qafqazinfo