Ekologiya və Təbii Sərvətlər Nazirliyi Acınohur gölünün suyunun qurumasının səbəblərini açıqlayıb.  

Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib ki, təxminən 6 il əvvəl Acınohur gölünün ətrafında müəyyən qazıntı işləri aparılıb. Həmin ərazidən bioloji varlıqlar götürüblər. Hazırda isə orada hər hansı ilbiz yığma, qurd yığma həyata keçirilmir.

“Acınohur gölünə Şəkinin Dəhnə kəndi istiqamətindən, Dəhnə çayından kanal istiqamətlənib. Lakin ilin müəyyən hissələrində çaydan gölə su gedib çata bilir. Təsərrüfatın qızğın vaxtında, əkin əkilən zaman insanlar sudan istifadə edirlər və gölə su çatmır. Ona görə də gölə 60-80 metr qalmış bataqlıq əmələ gəlib. Hazırda bu gölün qurumasının, səviyyəsinin azalmasının əsas səbəbi iqlimlə əlaqəlidir. Gölü 4 tərəfdən sızan yağış suları qidalandırır. Yağış çox olanda göl özünə gəlir, az olanda isə su quruyur”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo