“Abzas Media” işi çərçivəsində həbs edilən Hafiz Babalı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
Bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, onun həbs müddəti daha üç ay uzadılıb.
Xatırladaq ki, H.Babalı ötən il dekabrın 13-də saxlanılıb. Dekabrın 14-də onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib.