
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə neftlə dolu üç tanker partlayıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Hadisə Mussah sənaye bölgəsində qeydə alınıb. Partlayış nəticəsində Abu-Dabi Beynəlxalq Hava Limanındakı tikinti sahəsində yanğın başlayıb.
İlkin məlumata görə, partlayışdan əvvəl ərazinin hava məkanında drona bənzəyən kiçik bir təyyarə müşahidə edilib.