Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray və Masazır qəsəbələri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 32 ədəd 7×62 mm-lik mərmi, 180 ədəd 5×45 mm-lik mərmi, 8 ədəd 9 mm-lik mərmi, 1 ədəd 9 mm-lik tapança, 25 ədəd F-1 əl qumbarası, 3 ədəd RQD-5 əl qumbarası və 33 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş 1 ədəd 9 mm-lik tapança aidiyyəti üzrə təhvil verilib.