Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xırdalan şəhərində qeydə alınıb. 1987-ci il təvəllüdlü Kərimov Elman Fəxrəddin oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

İstinadlar Report