Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə də “Son zəng” tədbirləri keçirilib. 

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhər 4 saylı tam orta məktəbdə düzənlənən “Son zəng” tədbirinə qatılıb, məzunları və pedaqoji kollektivi təbrik edib.

Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə müəllimlər, məzunlar və onların valideynləri duyğulu anlar yaşayıblar. 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova çıxış edib: “Ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olub. Hər bir sahəyə olduğu kimi, təhsil sferasına da Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı daim artır. Məzunlarımız onlara dövlət səviyyəsində göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklər”.




İstinadlar Qafqazinfo