Abşeronda restoranda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Xırdalan şəhərində ümumi sahəsi 360 m² olan birmərtəbəli restoranın mətbəxinin lambirdən ibarət tavanı 20 m² sahədə və bacasında yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

İstinadlar Report