
Abşeron rayonu Məhəmmədi qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.
Sürətlə gedən “Mercedes” markalı avtomobil döngədə idarəetməni itirib.Yoldan çıxan maşın bir neçə dəfə aşıb.
Qəza nəticəsində maşında olan 3 nəfər- ikisi ağır, biri yüngül xəsarət alıb.
Ağır yaralananlardan biri qadındır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.