Abşeronda motosikletli narkokuryerlər saxlanılıb – VİDEO

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan Telman Əliyev tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun əlində olan çantaya baxış zamanı 1 kiloqram heroin, 3 kiloqram marixuana və 40 qram metamfetamin aşkar edilib.
İdarə əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Fatmayı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Kənan Məmmmədov saxlanılıb. Onun üzərindən 100 qram metamfetamin aşkar edilib. Telman Əliyev və Kənan Məmmmədov xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə göndərilən narkotikləri Abşeron rayonu ərazisində satmaq məqsədi ilə qəbul ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, Kənan Məmmmədov narkotik vasitələrin satışı və Abşeron rayonu ərazisində paylanılması zamanı motosikletdən istifadə edirmiş. Sonuncu əməliyyatlar zamanı saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.
Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.
Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.
***
Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Azyaşlı qrup üzrə qaliblər:
I yer Həzrət Əzizli
II yer Fatimə Kərimova
III yer Sabir Ağayev.
Gənc xanəndələr arasında qaliblər:
I yer Fuad Əzizadə
II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova
III yer Daşqın Kürçaylı və Vüqar Əbilov
Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.
Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.
Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.
Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.
İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 3-də FHN-in “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanan materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO

Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli Cümə xütbəsində ötən gün bir qrup radikal şəxsin Londondakı səfirliyimizə hücum etməsinə münasibət bildirib.
Hacı Şahin baş verənlərin və davranış formasının İslam dinə uyğun olmadığını deyib:
“Baxmayaraq ki, məlum şəxslər orada dini şüarlar səsləndirirdi, əslində bu dini hisslərin istismar edilməsidir. Bu insanların dini və məzhəbi yoxdur. Onların fəaliyyətini araşdıranda məlum olur ki, ilk gündən qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə görürlər. Ordan endirilən, təhqir edilən bayraq uğrunda minlərlə canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. O, bayrağın endirilməsi, təhqir edilməsi, dövlətimizlə yanaşı, dinimizin, inancımızın təhqir edilməsidir”.
Hacı Şahin əlavə edib ki, Londonda törədilən hadisıə bu günlərdə Azərbaycanın həyata keçiridiyi “Qisas” əməliyyatı ilə də bağlı ola bilər: “Mən baxıb görürəm ki, erməni teleqram kanalları Londondakı hadisəni böyük canfəşanlıqla yayırlar. Yəqin ki, zaman göstərəcək ki, bu kimi addımlarda düşmən izi var. Azərbaycanın inanclı insanları da bu kimi hadisələrdə diqqətli olmalıdırlar. Görürük ki, dini hisslərə toxunaraq Azərbaycanda qarışıqlıq yaratmağa cəhd göstərirlər”.
Baş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb

Baş Prokurorluğun Mətbuat Xidməti “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb.
Bu barədə Xidmətdən məlumat verilib.
Bildirilib ki, Xidmət tərəfindən hazırlanmış videoçarxda “Dini ekstremizm nədir?” sualına vətəndaşlarımıza cavab verilib.
Ordumuzun nəzarət etdiyi Sarıbabadan – Görüntülər – VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan sonra Azərbaycan Ordusu cavab tədbirləri görüb və Anar Kazımovun qisasını almaq üçün antiterror əməliyyatına başlayaraq Sarıbaba dağını nəzarətə götürüb.
Real TV Sarıbaba dağından reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik:
Mingəçevirdə ahıl kişi bataqlığa düşüb – VİDEO

Mingəçevirdə ahıl kişi bataqlığa düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə şəhərin “Daş Karxanası yolu” deyilən ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü T.Kərimov bataqlıq ərazidə ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində vətəndaş bataqlıqdan çıxarılaraq xilas edilib və aidiyyatı üzrə təcili tibbi yardım briqadasına təhvil verilib.
HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – Video

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.
Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.
Erməni təxribatına İran səfirliyindən – Reaksiya – VİDEO

İranın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə yayılan İranın Azərbaycanla sərhədə ağır texnika yığması ilə bağlı görüntülərə aydınlıq gətirib.
Ranın Azərbaycandakı səfirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Telegram” kanalı yoxdur, SEPAH-ın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar.
“Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahları tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün erməni teleqram kanalları növbəti təxribata əl atıb. Sözügedən kanallarda yayılan videoda guya İran Azərbaycanla sərhəddə təlim keçirmək üçün əraziyə texnika yığır.
Zelenski Qarabağdakı gərginlikdən danışdı – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin baş verməsinin mümkün səbəbindən danışıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib.
“Əvvəlcə – Balkan yarımadası ölkələri, sonra – Tayvan, indi bəlkə də Cənubi Qafqaz… Bütün bu situasiyalar fərqli görünür, baxmayaraq ki, onları bir amil birləşdirir, yəni: qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər qlobal təhlükəsizlik arxitekturası işləsəydi, bütün münaqişələr olmazdı”, – dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, hazırda informasiya məkanında dünyada münaqişəli vəziyyətlər və təhlükələrlə bağlı çoxlu mesajlar verilir.
“Dünyada, xüsusən də Balkan yarımadasında və Tayvanda münaqişəli vəziyyətlər qeyri-effektiv qlobal təhlükəsizlik arxitekturasına görə yaranır. Dünya elə bir model hazırlamalıdır ki, heç bir ölkənin başqa dövlətə qarşı aqressivlik nümayiş etdirməyəcəyinə zəmanət verilsin”, – Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, Ukrayna təkcə Rusiyanın tammiqyaslı təcavüzü başlayandan deyil, artıq illərdir ki, təhlükəsizlik məsələlərinə diqqət yetirir: “Rusiya beynəlxalq hüquqa, bəşəriyyətin maraqlarına tamamilə məhəl qoymayandan bu günədək”.
Prezident qeyd edib ki, Rusiya ilə mübarizədə 2014-cü il dönüş ili olub.
“O vaxt Krım, Donbas, Malayziyanın vurulan təyyarəsi ilə bağlı tamamilə aşkar vəziyyətlərdə Rusiya dərhal və nəzərəçarpacaq məsuliyyətdən yayındı – dünya ilə işgüzar və siyasi əlaqələri saxladı. İndi də qlobal münasibətlərdə çoxları inanır ki, onlar buna nail olacaqlar”, – Ukrayna lideri vurğulayıb.
Şəhid Anar əsgərliyə belə yola salınmışdı – Video

Ötən gün Laçında şəhid olan əsgər Anar Kazımovun hərbi xidmətə yollandığı ərəfələrdə lentə alınan görüntüləri yayılıb.
Görüntülər şəhidin evində lentə alınıb.
Məlumata görə, o, öz dostlarını ətrafına yığaraq əsgərliyə getməsi münasibəti ilə məclis təşkil edib.
Qeyd edək ki, A.Kazımov 2004-cü ilin fevralın 16-da Şəmkirin Qaracəmirli kəndində doğulub. Şəhid Anar Kazımov 4 ayın əsgəri olub.
Şuşada 28 il sonra tapılan dəftər… – Video

Şuşada illər öncəyə aid dərs vəsaitləri tapılıb.
Söhbət Şuşada tapılan, 28 il ərzində məhv olmayıb, sahibinin yolunu gözləyən dərs vəsaitlərdən – bir gündəliklə, bir riyaziyyat dəftərindən gedir.
Bu dəftər və gündəlik 1989-cu ildə Şuşada Üzeyir Hacıbəyov adına 1 saylı məktəbin 6-cı sinfində təhsil alan Nəsimi Əhmədova məxsusdur. O, hazırda institutlardan birində dosent olaraq çalışır.
Hazırda Qaradağ rayonunun Yeni Müşfiq qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə məskunlaşan həmin dərs vəsaitlərinin sahibi Nəsimi Əhmədov ona aid əşyaların tapıldığını sosial şəbəkədən öyrənib.
Mövzu ilə bağlı hazırlanan süjeti təqdim edirik:
Erməni teleqram kanallarından növbəti təxribat – Video

Erməni teleqram kanalları növbəti təxribata əl atıb.
Sözügedən kanllarda yayılan videoda guya İran Azərbaycanla sərhəddə təlim keçirmək üçün əraziyə texnika yığır.
Əldə etdiyimiz məlumata görə, bu, erməni teleqram kanallarının İran-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün növbəti təxribat xarakterli dezinformasiyasıdır.
Ordumuzun “Qisas” əməliyyatının – Videosu

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.
Müdafiə Nazirliyi əməliyyatın videosunu yayıb.
Həmin görüntünü təqdim edirik:
FHN bulvarda intihara cəhd edən qadını xilas edib – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-Bulvarı” dalğıc axtarış qrupunun müvafiq xilasetmə qüvvələri tərəfindən 1991-ci il təvəllüdlü S.Ağakişiyeva xilas olunaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Neftçalada 4 kəndin elektrik şəbəkəsi yenidən qurulur – Video

“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.Neftçala rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Neftçalanın Qaraqaşlı, Beştalı,Cəngan,Ərəbqardaşbəyli kəndlərində işlərə başlanılıb.
Ötən əsrin 60-ci illərindən istismarda olan 4 kəndin elektrik şəbəkəsi tamamilə yenidən, müasir formada qurulacaq.
Hər zaman olduğu kimi “Azərişıq” ASC-nin əsas hədəfi abonent məmnunluğunu təmin etməkdir. Bunun məqsədlə Neftçalanın Qaraqaşlı, Beştalı, Cəngan və Ərəbqardaşbəyli kəndlərində də abonentlər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.
Bu kəndlərdən başqa, rayonun Mayak-1, Qırmızı Şəfəq və Yenikənd kəndlərində də tezliklə işlərə start veriləcək.
Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir
Həmçinin baxın
“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO
HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – Video
Nazirlik rəsmisindən Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı – Açıqlama – VİDEO
Tarixçilərin Ermənistanın yalançı tarixçiləri ilə mübarizəsi: uduzan yalnız erməni cəmiyyətidir – VİDEO
FHN “Şirvan OCL” şirkətinin mərkəzi çənlər parkında yanğın-taktiki təlim keçirdi – Video
İki Şəhid anasının toyda icra başçısı ilə rəqsi duyğulu anlar yaşatdı – Video+Fotolar
Gömrük Komitəsi Dubaydan 30 ədəd telefonun ölkəyə keçirilməsinin qarşısını alıb – VİDEO
Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs olundu – Video
“Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlandı – Fotolar – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla