Abşeronda arvadını bıçaqlayan kişi hadisə yerindən qaçıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə hadisə avqustun 2-i saat 23:45 radələrində rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində fərdi evdə yaşayan İsmayılov Hüseyn Qurban oğlu qısqanclıq zəminində arvadı İsmayılova Şəhruzə Əzim qızının bədəninin müxtəlif nahiyələrinə bıçaqla
xəsarətlər yetirib. Daha sonra o, hadisə yerindən uzaqlaşıb.

İstinadlar Report