“2006-2010-cu illərdə kompleks-ekoloji tədbirlər həyata keçirildi və 10 min 600 hektar neftlə çirklənmiş ərazi qeydə alındı. Hazırda isə belə ərazilərin sahəsi 8-9 dəfə azalıb”.

Bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib. O qeyd edib ki, təmizlənən ərazilərin özünün reabilitasiyası ilə bağlı müəyyən çətinliklər var.

“Düşünürəm ki, növbəti illərdə bu ərazilərin təmizlənməsi ilə bağlı planımız olacaq. Məndə olan məlumata görə, hazırda 1000 hektar neftlə çirklənmiş ərazi mövcuddur. Neftlə çirklənmiş ərazilər lay suların idarə olunmaması nəticəsində yaranır. Abşeron yarımadasının 80 faizində lay sularının idarə olunması tam təmin olunub, qapalı su hövzəsinə keçirilib, hətta həmin sudan təkrar istifadə olunur. Artıq qalan suların müəyyən laylara vurulması həyata keçirilir. Amma Suraxanı, Binəqədi, hətta Bibiheybətin müəyyən ərazilərində neftlə çirklənmiş ərazilər var. Düşünürəm ki, bizim növbəti proqramımızda neft hasilatı ilə bağlı yaranan problemlər də aradan qaldırılacaq”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo