Ötən ilin on bir ayında ABŞ-yə Çin minik avtomobillərinin idxalı rekord həddə çatıb.

Bu barədə Amerika statistika xidmətinin məlumatlarında göstərilib.

Qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr aylarında Çindən ABŞ-a minik avtomobili alışlarının ümumi həcmi 3,35 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 65% çoxdur.

Bu rəqəmlər 1992-ci ildən başlayaraq bütün müşahidə dövrü üçün ən yüksək göstəricilərdir.

Noyabr ayının nəticələrinə görə, idxal 459,5 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin avqustundan bəri ən yüksək dəyərdir. Üstəlik, ötən ilin noyabr ayı ilə müqayisədə alış həcmi 4 dəfə, bir ayda isə 15% artıb.

İstinadlar Report