
Vaşinqton İranın İsrailə hücumundan sonra Yaxın Şərq regionunda raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərini genişləndirmək və gücləndirmək üzərində işləyir.
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı hazırladığı yeni sanksiyalarla yanaşı, Pentaqon və Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) inteqrasiya olunmuş raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və genişləndirilməsi üzərində işləyir.