ABŞ yaxın günlərdə Yaxın Şərqdə yerləşdirdiyi hərbi təyyarələrin sayını artıracaq.

Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.

Qeyd olunub ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan “Abraham Lincoln”, ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya hücum gəmisi “USS Wasp”, həmçinin “F-22”, “F-15E”, “F-16” qırıcıları və “A-10” hücum təyyarələrinin sayının artırılmasına dair göstəriş verib.

İstinadlar Report