ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq üçün yaxın günlərdə ətraflı təkliflər təqdim edəcək.

Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Londonda Böyük Britaniyanın MI6 xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Murla birgə çıxışı zamanı bildirib.

“Nəhayət, bu, siyasi iradə və hər iki tərəfin liderlərinin dayanmağın vaxtının gəldiyini qəbul etmək istəyi məsələsidir. Ümid edirəm ki, hər iki lider bu qərarı qəbul edəcək, çünki ondan çox şey asılıdır”, – U.Berns bildirib.

İstinadlar Report