
Amerikanın daha bir cüt “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Yaponiyanın Honsyu adasının şimalındakı Misava aviabazasına gəlib, burada iki belə təyyarə bu həftənin əvvəlində artıq yerləşdirilmişdi.
Bu barədə “Newsweek” nəşrinin məlumatında deyilir.
Təyyarələr Texas ştatının Days Hərbi Hava Qüvvələrinin bazasından göndərilib.