ABŞ-nin bir qrup “B-1B Lancer” bombardmançı təyyarəsi Yaponiyanın Misava hərbi hava bazasına göndərilib.

Bu barədə ABŞ-nin Sakit Okean Hərbi Hava Qüvvələri (PACAF) məlumat yayıb.

“ABŞ Hərbi Hava Qüvvələrinin “B-1B Lancer” təyyarələri, pilotları və 9-cu Ekspedisiya Bombardmançı Eskadrilyasının dəstək avadanlığından ibarət bombardmançı əməliyyat qrupu aprelin 15-də Yaponiyanın Misava hərbi hava bazasına gəlib. Onlar Sakit Okean Hərbi Hava Qüvvələrinin təlimlərinə dəstək vermək üçün göndərilib. Eyni zamanda Hind-Sakit okean regionunda regional sabitliyi gücləndirmək məqsədilə strateji çəkindirmə üzrə missiyalarını həyata keçirmək üçün gəliblər”, – məlumatda qeyd edilib.

İstinadlar Report