ABŞ xarici avtomobillərə təxminən 25 % rüsum tətbiq etmək niyyətindədir, oxşar tariflər dərman vasitələrinə də tətbiq olunacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp yeni fərmanlarını imzalayarkən jurnalistlərə açıqlamasında deyib.

“Yəqin ki, bu barədə aprelin 2-də deyəcəyəm, amma bu, 25 % olacaq”, – o deyib. Trampa xarici avtomobillər üçün nəzərdə tutulan rüsumların dərəcəsi ilə bağlı sual verilib.

Ağ Ev rəhbərinə əczaçılıq məhsullarına mümkün tariflər barədə də sual verilib. “25 % və yuxarı. Onlar il ərzində çox əhəmiyyətli dərəcədə artacaq”, – cavab verib.