Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi bu ölkənin və ABŞ-nin vətəndaşı olan Kseniya Karelinanı dövlətə xəyanətdə təqsirli bilib və cəzasını ümumi rejimli koloniyada çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə TASS məlumat yayıb.

“Məhkəmə onun təqsirli bilinməsi və 12 il müddətində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarıb”, – hakim bildirib.

Sverdlovsk Vilayət Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, Karelina cəza müddətindən sonra əlavə olaraq 1,5 il müddətinə azadlığın məhdudlaşdırılmasına və 300 min rubl məbləğində cəriməyə məhkum edilib.

İstinadlar Report