
ABŞ vətəndaşı göyərtəsində 14 nəfərin olduğu yüngül təyyarənin qaçırılması cəhdi zamanı ölüb.
Bu barədə “Breaking Belize News” portalı məlumat yayıb.
Məlumata görə, “Tropic Air” şirkətinin sərnişin təyyarəsi uçarkən ABŞ-nin bıçaqla silahlanan 49 yaşlı vətəndaşı Akinela Sava Teylor hava gəmisini ələ keçirməyə çalışıb. Pilot hava dispetçerləri ilə əlaqə saxlayıb, bundan sonra təyyarə təcili eniş ərəfəsində Beliz dairəsi üzərində dövrə vurmağa başlayıb.
Pilotlar təyyarəni ölkənin ən böyük şəhəri olan Belizin ərazisində yerləşən Filip Qoldson Beynəlxalq Hava Limanına endirməyə nail olublar.Hüquq-mühafizə orqanlarının əməkdaşları enişdən sonra təyyarəyə miniblər. Teylor həbsə müqavimət göstərib və ölümcül güllələnib.