
ABŞ administrasiyası məhbusların azad edilməsi ilə bağlı Vaşinqtonun tələblərini yerinə yetirmədiyi üçün Venesuela hakimiyyətinə qarşı mümkün addımları nəzərdən keçirir.
Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalında deyib.
ABŞ-ın Venesuela hakimiyyətinin “siyasi məhbusları” və “səhv olaraq həbs edilmiş” amerikalıları azad etməməsi fonunda Karakasa qarşı sanksiyaları yenidən sərtləşdirmək niyyətində olub-olmaması ilə bağlı suala Kirbi deyib: