Dekabrın 2-də Ukraynanın müdafiə naziri Rustem Umerov amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığının baş tutduğunu bildirib.

Bu barədə ukraynalı siyasətçi feysbukda yazıb.

Umerov amerikalı həmkarı ilə “döyüş meydanındakı cari vəziyyəti, Ukrayna Müdafiə Qüvvələrinin əsas çağırışları və ehtiyaclarını”, həmçinin “2025-ci ilin strateji planlaşdırılmasını” müzakirə edib.

“Xüsusi diqqət “Ramştayn” formatında növbəti iclasın hazırlanmasına yönəldilib. Ukrayna və onun tərəfdaşları müdafiə qabiliyyətimizi daha da gücləndirməyə və qələbəni yaxınlaşdırmağa kömək edəcək həllər üzərində işləməyə davam edirlər”, –ukraynalı nazir əlavə edib.

İstinadlar Report