ABŞ Dövlət Departamenti Rusiyanın San-Fransiskodakı baş konsulluğunu, eləcə də Vaşinqton və Nyu-Yorkdakı bir sıra konsulluq obyektlərinin bağlanmasını tələb edib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Biz Rusiya hökumətindən San-Fransiskoda baş konsulluğun, həmçinin Vaşinqton və Nyu-Yorkdakı konsulluq obyektlərinin bağlamasını tələb edirik”,- deyə Nazirlikdən bildirilib. 

Dövlət Departamenti diplomatik instansiyaların fəaliyyətinin sentyabrın 2-ə qədər dayandırmasını istəyib.

Daha əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva ABŞ-dan amerika diplomatik missiyasının əməkdaşlarının sayının azaldılmasını tələb deyil, təklif edib.

İstinadlar Qafqazinfo